12:51 07-07-2021
news_image
171
FUTBOL

İntihar etdi – Təyyarə qəzasında ölən futbolçunun bacısı

2019-cu ildə təyyarə qəzası nəticəsində həlak olan argentinalı futbolçu Emiliano Salanın bacısı Romina Sala intihar edib.

Apasport.az saytının məlumatına görə, o, canına qəsd etsə də, ölməyib.

Ailənin nümayəndəsinin zəhərli maddə qəbul etdiyi və özünü asdığı bildirilir. Həkimlər onun durumunun ağır olduğunu açıqlayıb.

Qeyd edək ki, Emiliano Salanın iki il əvvəlki ölümündən cəmi 3 ay sonra atası Horasio infarktdan vəfat edib.