13:23 07-07-2021
news_image
124
FUTBOL

“Arsenal” futbolçu alır – 22 milyona

İngiltərənin “Arsenal” klubu heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Belçika “Anderlext”inin yarımmüdafiəçisi Albert-Mboyo Lokonqanın keçidini razılaşdırıb.

Premyer Liqa təmsilçisi futbolçu üçün 22 milyon avro ödəyəcək. Onunla 5 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Lokonqa ötən mövsüm 37 oyunda 3 qol vurub.