13:26 07-07-2021
news_image
129
FUTBOL

“Neftçi” daha şanslıdır – “Dinamo” ilə oyunda

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) - “Neftçi” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları səfərdə oynayacaq Bakı təmsilçisini matçın favoriti sayırlar.

Bu gün Tbilisidəki Boris Payçadze “Dinamo Arena”da baş tutacaq matçda “Neftçi”nin qələbəsi 2,64, məğlubiyyəti 2,74 əmsaldır. Qarşılaşmada heç-heçəyə 2,98 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.