13:52 07-07-2021
news_image
107
FUTBOL

124 milyonluq itki - PSJ-də

Fransa klublarının 2019/20 mövsümü üçün maliyyə hesabatı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən yarımçıq qalan mövsümdə klublar ziyana düşüb.

Fransada peşəkar futbol klublarının monitorinqi və hesablarına nəzarətlə məşğul olan DNCG-nin apardığı araşdırmalar PSJ-nin daha çox pul itirdiyini üzə çıxarıb. Paris klubu mövsüm ərzində 124 milyon avro ziyana düşüb.

“Marsel” 98, “Lion” 36, “Bordo” 35, “Nitsa” 15 milyon itirib. Digər klublarda bu rəqəm daha aşağıdır.