13:54 07-07-2021
news_image
256
FUTBOL

“Vulverhempton”un əsas komandasına cəlb olundu – millimizin futbolçusu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunun əsas komandasına cəlb olunub.

Apasport.az saytının məlumatına görə, zədəsini sağaldan gənc futbolçu Premyer Liqa təmsilçisinin hazırlıq prosesinə qatılıb.

İcarədə olduğu İsveçrənin “Qrasshoppers” klubundan qayıdan hücumçu özünü komandanın yeni baş məşqçisi Bruno Laqeyə göstərmək imkanı qazanıb. “Canavarlar”ın aparıcı futbolçuları yığmaların düşərgəsində olduğundan onlar yalnız ayın sonunda toplanışa qatılacaq.

Bu üzdən də oyunçu çatışmazlığı ilə üzləşən Laqe gənclər komandasının üzvləri ilə həm boşluqları aradan qaldırmaq, həm də onları sınamaq qərarına gəlib. “Kompton Park”dakı hazırlıq prosesində gənclər Raul Ximenes, Con Raddi və Fabio Silva ilə birlikdə məşq imkanı da əldə edib.

Qeyd edək ki, 2019-cu ildə “Vulverhempton”a keçən Dadaşov hələ əsas komandada debüt edə bilməyib.