14:34 07-07-2021
news_image
134
FUTBOL

Finaldan kənar qaldı – braziliyalı ulduz

Braziliya millisi Amerika kubokunun final matçına itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, hücumçu Qabriel Jezuş Argentina ilə həlledici oyunu buraxacaq.

Buna Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) İntizam Komitəsinin futbolçu ilə bağlı qərarı səbəb olub. 1/4 finalın Çili ilə qarşılaşmasında (1:0) qırmızı vərəqə alan forvard yarımfinalın Peru ilə görüşünü buraxıb. Komitə Jezuşun cəzasını artırmağı daha məqsədəuyğun sayıb və onu 2 matçlıq diskvalifikasiyaya məruz qoyub. Bu üzdən Qabriel Argentina ilə görüşü də buraxacaq.

Qeyd edək ki, Braziliya və Argentina arasında final oyunu iyulun 11-də keçiriləcək.