15:51 07-07-2021
news_image
167
FUTBOL

3-cü transfer - “Qəbələ”dən

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Apasport.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay transfer pəncərəsində 3-cü futbolçu keçidini rəsmiləşdirib.

Qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “Qəbələ”nin formasını geyinəcək. “Sabah”ın qolkiperi 1 illik icarəyə götürülüb. 21 yaşlı futbolçu “Sabah”a qədər “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.

Qeyd edək ki, “Qəbələ” Nicata qədər Urfan Abbasov və Məqsəd İsayevi heyətinə qatıb.