16:08 07-07-2021
news_image
85
FUTBOL

Kolumbiya ilə oyunda zədələndi - Messi

Argentina millisinin kapitanı Lionel Messi zədələnib.

Apasport.az saytının məlumatına görə, superulduz Amerika kubokunun yarımfinal mərhələsində Kolumbiya ilə oyunda xəsarət alıb.

Matçın ikinci hissəsində rəqib müdafiəçisi Frank Fabranın kobud müdaxiləsindən sonra topuğundan zərbə alan 34 yaşlı oyunçu ayağı qanamasına baxmayaraq, sona qədər mübarizəni davam etdirib. Bu vəziyyətdə hətta əlavə edilmiş dəqiqələri də meydanda keçirən Leonun penaltilər seriyasında zərbəsi də dəqiq olub.

Matçdan sonra Messiyə üzrxahlıq edən Fabra ondan formasını da istəyib.

Qeyd edək ki, Kolumbiyanı penaltilər seriyası ilə üstələyən Argentina iyulun 11-də keçiriləcək finalda Braziliya ilə qarşılaşacaq.