16:25 07-07-2021
news_image
149
FUTBOL

“Araz”ın rəqibləri bəlli oldu – Çempionlar Liqasında

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələnin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın rəqibləri bəlli olub.

Naxçıvan klubu avqustun 20-dən 25-dək keçiriləcək mərhələdə F qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri “Kambuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) olacaq. Bu qrupun matçları Latviyada keçiriləcək.

Qeyd edək ki, 8 qrupun qalibi və ən yaxşı 2-ci yer sahibi əsas mərhələyə yüksələcək.