16:35 07-07-2021
news_image
100
FUTBOL

Yeni klubu ilə bu gün müqavilə imzalayacaq – Serxio Ramos

İspaniya millisinin kapitanı Serxio Ramos PSJ ilə münasibətləri rəsmiləşdirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard bunun üçün Parisə yollanıb.

Ramosun bir neçə saat sonra tibbi müayinədən keçməsi və ardından yeni klubu ilə 2 illik müqavilə imzalaması planlaşdırılır. O, Fransa klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən şərəfini qoruduğu “Real”dan bu yay ayrılıb.