18:06 07-07-2021
news_image
106
FUTBOL

“Keyn üçün təklif göndərdik” - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Tottenhem”in hücumçusu Harri Keyni transfer etmək istədiklərini təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis ulduz futbolçu üçün rəsmi təklif göndərdiklərini də etiraf edib.

Ancaq o, Keyni almağın mümkünsüz olduğunu düşünür. Qvardiola hətta forvardın transfer qiymətini də açıqlayıb: “Ötən ay bir təklif göndərdik. Amma Keyn üçün istədikləri məbləği ödəməyimiz imkansızdır. Koronavirus pandemiyasına görə bütün klublar maliyyə böhranı ilə üzləşib. Biz də istisna deyilik. Amma “Tottenhem” belə vəziyyətdə Keyn üçün 115 milyon avro istəyir və məbləğdə endirimə getmir”.

Qeyd edək ki, Harri Keynin “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.