20:21 07-07-2021
news_image
97
FUTBOL

44-cü kimi tarixə düşdü – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov avrokuboklarda debüt edib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının az əvvəl başlayan “Dinamo” ilə Tbilisidəki oyunu 43 yaşlı mütəxəssisin qitə miqyaslı turnirlərdə ilk sınağıdır.

O, Azərbaycan futbolu tarixinə klubumuzu avrokubok matçına çıxaran 44-cü baş məşqçi kimi düşüb. Bunadək 43 mütəxəssis bunu bacarıb.

Onlardan 16-sı əcnəbi olub. Abasov 28-ci yerli baş məşqçidir ki, avrokuboklarda Azərbaycan klubuna rəhbərlik edir.