21:02 07-07-2021
news_image
189
FUTBOL

Nazim Süleymanovdan ilk, Mahir Emrelidən davam – Çempionlar Liqasında qol sevinci

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda rəsmi debütünü qolla qeyd edib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Çempionlar Liqasının I təsnifat mərhələsinin “Bodo Qlimt”lə səfər matçında fərqlənib.

O, həm də xarici klubun heyətində Çempionlar Liqasında qol vurmağı bacaran azərbaycanlılar siyahısına düşüb.

Bunu bacaran ilk futbolçu isə Nazim Süleymanov olub. O, əfsanəsinə çevrildiyi “Alaniya”nın heyətində 1996-cı ildə  “Reyncers”lə ev matçında (2:7) qol sevinci yaşayıb.