00:00 08-07-2021
news_image
786
FUTBOL

“Neftçi”nin qələbəsi yetmədi – UEFA reytinqində irəliləyişə

Azərbaycan UEFA reytinqinin 2021/22 mövsümündə ilk qazancını əldə edib.

Apasport.az saytının məlumatına görə, bu, “Neftçi”nin qələbəsi sayəsində mümkün olub.

Samir Abasovun yetirmələri Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstan “Dinamo”suna (Tbilisi) 2:1 hesabı ilə qalib gəlib. Səfər qələbəsi ölkəmizin aktivinə 0,250 xal gətirib.

Bununla da 5 mövsümə əsasən hesablanan əmsalımız 12,875-ə çatıb. Bu qazanc Avropada 28-ci olan Azərbaycanın irəliləyişi üçün yetərli olmayıb. Belə ki, “Kaytat” İsraildə Hayfa “Makkabi”si ilə heç-heçə edərək Qazaxıstanın aktivinə 0,125 xal gətirib. Bu da 27-ci olan qazaxıstanlıların hesabını 13,000-a çatdırıb. 26-cı olan Macarıstan isə daha uzaqdır – 13,875.

Qeyd edək ki, ən yaxın izləyicimiz - 29-cu olan Sloveniyanın 12,250 xalı var.