01:37 08-07-2021
news_image
158
AVRO-2020

İtaliyaya rəqib oldu – İngiltərə

AVRO-2020-də final matçında üz-üzə gələcək cütlük müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bir gün öncə finala çıxan İtaliyanın rəqibi İngiltərə - Danimarka oyununda bəlli olub.

Əlavə vaxtda 2:1 hesabı ilə qalib gələn böyük britaniyalılar həlledici matça yüksəlib. İngiltərə millisi ilə İtaliya arasında qarşılaşma iyulun 11-də baş tutacaq.

Oyun Londondakı “Uembli” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2020
Final
11 iyul
23:00. İtaliya – İngiltərə

London. “Uembli” stadionu