09:00 08-07-2021
news_image
186
FUTBOL

Ukrayna klubu təqdim etdi – millimizin futbolçusunu

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin yeni klubuna keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, Ukrayna təmsilçisi “Kolos” 25 yaşlı yarımmüdafiəçini ictimaiyyətə təqdim edib.

Premyer Liqa təmsilçisi Nuriyevlə yanaşı, daha 3 yeni transferlə münasibətləri rəsmiləşdirib. Ötən mövsümün sonunda “Minay”dan ayrılan yığmamızın üzvü Kovalivka təmsilçisinə azad agent statusunda qoşulub. O, “Kolos”da 11 nömrəli formanı geyinəcək. Komanda Konfrans Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Anatoli keçən mövsüm 10 qolla “Minay”ın bombardiri olub.