09:19 08-07-2021
news_image
643
FUTBOL

“Neftçi” planı baş tutmadı – Hondanın

Futbol üzrə Yaponiya millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 22 nəfərlik siyahıda “Neftçi”nin sabiq futbolçusu Keysuke Hondaya yer verilməyib.

Məşqçilər korpusu 23 yaşdan yuxarı 3 oyunçuya dəvət göndərib ki, bunlar Hiroki Sakay, Vataru Endo və Maya Yoşidadır. Halbuki Honda bu ilin martında “Neftçi” ilə müqavilə imzalayarkən hədəfinin “ağ-qaralar”da qısa müddətdə əvvəlki formasını bərpa etmək və Olimpiadaya qatılmaq olduğunu açıqlamışdı. “Neftçi” ilə Azərbaycan çempionu olan və mövsümün sonunda komandadan ayrılan 35 yaşlı ulduz futbolçunun planı baş tutmayıb.

Qeyd edək ki, Keysuke Honda Azərbaycan Premyer Liqasında keçirdiyi 7 oyunda 2 qola imza atıb.