10:12 08-07-2021
news_image
195
FUTBOL

“...qorxurdum” – Mahir Emreli

“Legiya”ya yeni keçəndə uyğunlaşma problemindən qorxurdum. Biz azərbaycanlılar çox həssas insanlarıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emreli deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində “Bodo-Qlimt”lə görüşdə dubl edən 24 yaşlı forvard Polşa mətbuatına müsahibəsində uyğunlaşma prosesini geridə qoyduğunu söyləyib: “Azərbaycanda komandaya yeni bir əcnəbi qoşulduğu zaman evindən uzaqda olduğu üçün ona yaxın oluruq ki, kömək edək. Polşaya gəlməzdən əvvəl burada insanların soyuq olduğunu eşitmişdim. Amma “Legiya”da bunu hiss etmədim, məni yaxşı qarşıladılar, hamı zarafatlaşır, kömək etmək istəyir. Ünsiyyət problemim yoxdur, bəziləri ilə rus, bəziləri ilə ingilis dilində danışıram. İlk günlərdə ailəmlə gündə on dəfə telefonla danışırdımsa, indi buna vaxt yoxdur”.

Forvard yeni komandasında ilk mövsüm hədəflədiyi qol sayını da açıqlayıb: “Yeni mövsümlə bağlı konkret hədəf deyə bilmirəm. Amma ümid edirəm ki, bir neçə qol vura biləcəyəm. Ekstraklasa və oyun tərzini tanımalıyam. Təxminən 15-18 qol vurmaq istərdim. Bu başlanğıc üçün gözəl nəticə olardı”.