12:14 08-07-2021
news_image
174
FUTBOL

“Qarabağ”a heç nədə uduzmurduq” – MOİK-in müdafiəçisi

“Qarabağ”la matçda yaxşı oyun nümayiş etdirdik”.

Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstanın MOİK klubunun futbolçusu İvan Turitsov deyib.

Müdafiəçi Avstriya toplanışı çərçivəsində baş tutan “Qarabağ”la yoxlama oyununu dəyərləndirib: “Bir neçə qol imkanları da yaratdıq. Lakin onlardan istifadə edə bilmədik. “Qarabağ”a heç nədə uduzmurduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Əsas hədəfimiz qarşıdakı Superkubok matçıdır. “Lüdoqorets”lə görüşə əla hazırlaşmışıq. Bu kuboku qazanmağa köklənmişik”.

Qeyd edək ki, “Qarabağ” MOİK üzərində 1:0 hesablı qələbə qazanıb.