10:24 11-07-2021
news_image
185
TOP OYUNLARI

Braziliya klubundan ayrıldı – millimizin hücumçusu

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova klubsuz qalıb.

Apasport.az saytının məlumatına görə, hücumçu son 2 mövsümdə şərəfini qoruduğu Braziliyanın “Sesi Bauru” klubundan ayrılıb.

Cənubi amerikalılar artıq onun yerinə yeni oyunçu da transfer edib. ABŞ voleybolçusu Nia Rid Braziliya təmsilçisinin şərəfini qoruyacaq.

Milliləşən legionerimizin karyerasını harada davam etdirəcəyi hələ dəqiqləşməyib. Bombardirlik keyfiyyətləri ilə ad çıxaran Polinanın yaxın müddətdə özünə klub tapacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan yığmasının daha bir sabiq oyunçusu Odina Əliyeva bir müddət öncə Polinanın keçmiş komandasına keçib.