16:10 08-07-2021
news_image
213
TOKİO-2020

“Tokioya qələbə üçün gedəcəyik” - Məmmədəli Mehdiyev

“Komandamızda həm yaxşı fiziki hazırlıq, həm də ruh yüksəkliyi var”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarında 90 kq çəki dərəcəsində mübarizə aparacaq Avropa üçüncüsü Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında məqsədlərinin Azərbaycana medallarla qayıtmaq olacağını söyləyib: “Tokioya qələbə üçün gedəcəyik. Olimpiadada güclü rəqiblərim çoxdur. Hamısını təhlil etmişəm, hazırlaşmışam. Yaxşı olacağını düşünürəm. Bütün idmançılarımıza uğurlar arzulayıram. Vətənimizi layiqincə təmsil edib, bayrağımızı dalğalandırmağa çalışacağıq.

Qeyd edək ki, Olimpiada iyulun 23-dən avqustun 8-dək Tikioda keçiriləcək.