23:23 08-07-2021
news_image
229
FUTBOL

“Obyekt” işlətməklə həyatını dəyişdi – FOTOSESSİYA

AVRO-2020-də nümayiş etdirdiyi oyunla diqqətləri özünə çəkərək finala yüksələn İtaliya millisinin baş məşqçisi Roberto Mançininin şəxsi həyatının özəllikləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, “İnter”, “Mançester Siti”, “Qalatasaray”, “Zenit” kimi klubları çalışdıran italiyalı mütəxəssisin həyatını “obyekt” işlətmək arzusu dəyişib.

Bu, Mançininin 26 il birgə yaşadığı Federika Morelli ilə boşanmasına gətirib çıxarıb. Hələ gənclikdə tanış olan cütlüyün üç uşağı qalıb. Onların qızı Kamilla və futbolçu oğulları Andrea ilə Filippodur.

Cütlük rəsmən 2016-cı ildə boşansa da, onların son illəri ayrı yaşadığı bəlli olub. Sonradan Mançini müsahibələrindən birində bildirib ki, artıq “Mançester Siti”də işlədiyi vaxt xanımı ilə ayrılıbmış.

2009-cu ildə şəxsi biznesini qurmağa qərar verən mütəxəssis Sardiniyada otel açıb. Elə həmin il yaxta istehsal edən şirkət də açmağa qərar verib.

Onun “obyektlər”inin idarəçiliyi üçün bu sahələrin mütəxəssislərinə ehtiyac olub. Mançini vəkil vəzifəsinə Silviya Fortinini dəvət edib. Bacarıqlı hüquqşünas nəinki baş məşqçinin biznesdəki hüquqlarını qoruyub, həm də onun özünü “ələ keçirib”.

İşbirliyi sevgiyə çevrilən cütlük artıq 2015-ci ildə bir yerdə San-Tropedəki istirahət zamanı paparatsilərin kamerasına tuş gəlib. Münasibətlərini gizlətməyən cütlük 2018-ci ildə rəsmən evlənib.