16:35 08-07-2021
news_image
114
FUTBOL

Müdafiəçisini saxladı – “Real”

İspaniyanın “Real” klubu futbolçusu Naço ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi ilə yeni anlaşma 2023-cü ilin yayında başa çatacaq.

Müdafiəçini İtaliya klubları istəsə də, ispaniyalı doğma klubunda qalmağa üstünlük verib. O, “İnter”lə “Napoli”nin təklifini qəbul etməyib.

Qeyd edək ki, Naço ötən mövsüm 33 oyun keçirib. Arxa xətt oyunçusu 1 qola imza atıb.