00:00 09-07-2021
news_image
779
AVRO-2020

Final mərhələsində İtaliya ilə bacarmır – İngiltərə

AVRO-2020-nin finalında üz-üzə gələcək İtaliya və İngiltərə milliləri tarixlərində 28-ci dəfə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, rəqiblər indiyədək 27 dəfə görüşüb.

İlk belə matç 88 il öncə keçirilib. Baş tutan 27 görüşdə İtaliya 11 qələbə qazanıb. İngiltərə isə 8 dəfə qalib olub. Digər 8 qarşılaşmada heç-heçə qeydə alınıb.

Əvvəlki qarşılaşmalardan 19-u yoldaşlıq oyunları və bu xarakterli turnirlərə təsadüf edib. Digər 8 matç rəsmi turnirlər çərçivəsində baş tutub.

Dünya çempionatlarının seçmə mərhələlərində İtaliya 2, İngiltərə 1 qələbə qazanıbsa, 1 dəfə sülh qeydə alınıb.

Dörd oyun isə final mərhələsində keçirilib. Bunlardan ikisi dünya, ikisi Avropa çempionatı çərçivəsində baş tutub. Final mərhələlərindəki bütün qarşılaşmalarda sevinən İtaliya olub. Onlar üç dəfə oyunda, bir dəfə penaltilər seriyasında qələbəni bayram edib.

13.05.1933

İtaliya - İngiltərə

1:1

YO

14.11.1934

İngiltərə - İtaliya

3:2

YO

13.05.1939

İtaliya - İngiltərə

2:2

YO

16.05.1948

İtaliya - İngiltərə

0:4

YO

30.11.1949

İngiltərə - İtaliya

2:0

YO

18.05.1952

İtaliya - İngiltərə

1:1

YO

06.05.1959

İngiltərə - İtaliya

2:2

YO

24.05.1961

İtaliya - İngiltərə

2:3

YO

14.06.1973

İtaliya - İngiltərə

2:0

YO

14.11.1973

İngiltərə - İtaliya

0:1

YO

28.05.1976

İngiltərə - İtaliya

3:2

BT

17.11.1976

İtaliya - İngiltərə

2:0

SO

16.11.1977

İngiltərə - İtaliya

2:0

SO

15.06.1980

İtaliya - İngiltərə

1:0

AVRO

06.06.1985

İtaliya - İngiltərə

2:1

BT

15.11.1989

İngiltərə - İtaliya

0:0

YO

07.07.1990

İtaliya - İngiltərə

2:1

12.02.1997

İngiltərə - İtaliya

0:1

SO

04.06.1997

İtaliya - İngiltərə

0:2

BT

11.10.1997

İtaliya - İngiltərə

0:0

SO

15.11.2000

İtaliya - İngiltərə

1:0

YO

27.03.2002

İngiltərə - İtaliya

1:2

YO

24.06.2012

İngiltərə - İtaliya

0:0, pen.2:4

AVRO

15.08.2012

İngiltərə - İtaliya

2:1

YO

14.06.2014

İngiltərə - İtaliya

1:2

31.03.2015

İtaliya - İngiltərə

1:1

YO

27.03.2018

İngiltərə - İtaliya

1:1

YO

DÇ – dünya çempionatı, AVRO – Avropa çempionatı, SO – seçmə oyunu, YO – yoldaşlıq oyunu, BT – beynəlxalq turnir.