17:11 08-07-2021
news_image
141
AVRO-2020

“Uembli”də keçirilən ən önəmli oyunlar – final öncəsi

İyunun 11-də start götürən AVRO-2020-yə iyulun 11-də baş tutacaq final oyunu ilə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, İtaliya ilə İngiltərə arasında həlledici qarşılaşma ikincilərin meydanında – “Uembli”də keçiriləcək.

Yarımfinal mərhələsi kimi, final oyunu da Londonda olacaq. Ümumiyyətlə, “Uembli” stadionu saysız-hesabsız vacib görüşlərə ev sahibliyi edib. Britaniya mətbuatı indiyə qədər bu arenada baş tutmuş ən önəmli 5 qarşılaşmanı seçib...

“Vest Hem” – “Münhen 1860” - 2:0
1964/65 mövsümü. Kuboklar Kubokunun finalı

“Mançester Yunayted” – “Benfika” - 4:1
1967/68 mövsümü. Çempionlar Kubokunun finalı

Niderland – İngiltərə - 1:4
AVRO-1996-nın qrup oyunu

“Barselona” – “Mançester Yunayted” – 3:1
2010/11 mövsümü Çempionlar Liqasının finalı

“Bavariya” – “Borussiya” (Dortmund) – 2:1
2012/13 mövsümü. Çempionlar Liqasının finalı