00:39 09-07-2021
news_image
182
FUTBOL

Ən çox final oynayan Avropa yığmaları – İtaliya ikincidir

Dünya və Avropa çempionatlarında ən çox final matçına çıxan Avropa komandaların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, böyük turnirlərin həlledici qarşılaşmasında ən çox iştirak edən Almaniya millisidir.

Bundestim indiyə qədər ümumilikdə 14 final həyəcanı yaşayıb ki, bunların 8-i dünya çempionatına (DÇ), 6-sı isə Avropa çempionatına (AÇ) təsadüf edib. Çempionluq sayında da almanlar qitənin digər komandaları üçün əlçatmazdır.

AVRO-2020-nin finalında oynayacaq İtaliya sıralamada ikinci yerdə qərarlaşıb. “Skuadra Adzurra” iyulun 11-də 10-cu böyük turnirin final oyununa çıxacaq. İtalyanlar İngiltərəni məğlub edə bilərsə, ümumilikdə 6-cı çempionluğuna qovuşacaq və Almaniya ilə aradakı titul fərqini 1-ə endirəcək.

Böyük turnirlərin finallarında ən çox iştirak imkanı qazanan yığmaları təqdim edirik.

1. Almaniya - 14 final (8 DÇ, 6 AÇ)
4 DÇ çempionluğu, 3 AÇ çempionluğu

2. İtaliya - 10 final (6 DÇ, 4 AÇ)
4 DÇ çempionluğu, 1 AÇ çempionluğu

3. Fransa - 6 final (3 DÇ, 3 AÇ)
2 DÇ çempionluğu, 2 AÇ çempionluğu

4. İspaniya - 5 final (1 DÇ, 4 AÇ)
1 DÇ çempionluğu, 3 AÇ çempionluğu

5-7. Çexiya - 4 final (2 DÇ, 2 AÇ)
1 AÇ çempionluğu

SSRİ - 4 final (4 AÇ)
1 AÇ çempionluğu

Niderland - 4 final (3 DÇ, 1 AÇ)
1 AÇ çempionluğu