17:49 08-07-2021
news_image
139
FUTBOL

Kompensasiyadan imtina etdi – millidən ayrılan məşqçi

Rusiya millisinin baş məşqçisi postundan ayrılan Stanislav Çerçesovla müqaviləyə xitam verilməsinin detalları bəlli olub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Rusiya Futbol İttifaqı 58 yaşlı mütəxəssisə kompensasiya ödəməyəcək.

2016-cı ildən millini çalışdıran Çerçesov bu vəsaitin ödənməsindən imtina edib. Müqaviləsi Qətərdə keçiriləcək DÇ-2022-dən sonra başa çatacaq mütəxəssis təxminən ilyarımlıq maaşını ala bilərdi. Onun illik qazancı 2,5 milyon dollar təşkil edirdi.

Qeyd edək ki, AVRO-2020-də qrupda qalan Rusiya millisi uğursuzluq səbəbindən baş məşqçisi ilə vidalaşıb.