19:11 08-07-2021
news_image
194
TOKİO-2020

İdmançımızın qrupu dəqiqləşdi - Tokio-2020

Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Tokio-2020 Yay Olimpiya Oyunlarında rəqibləri müəyyənləşib.

Apasport saytının məlumatına görə, idmançımız L qrupunda mübarizə aparacaq.

Onun rəqibləri Danimarka təmsilçisi Anders Antonsen və Vyetnam badmintonçusu Tien Minh Nguyen olacaq.

Qaydalara əsasən 14 qrupda ilk yerin sahibləri və ən yaxşı 2 qrup ikinci pley-offa vəsiqə qazanacaq.

Badminton yarışları 24 iyul-2 avqust tarixlərində keçiriləcək.