10:16 09-07-2021
news_image
227
FUTBOL

“Olimpiakos” üçün qorxulu deyil” – “Neftçi”yə verilən qiymət

Yunanıstan mətbuatı Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”nin Tbilisi “Dinamo”su ilə Gürcüstanda keçirdiyi oyuna geniş yer ayırıb.

Apasport.az saytının məlumatına görə, bildirilib ki, “Olimpiakos”un potensial rəqiblərinin dueli matçı tribunadan canlı izləyən baş məşqçi Pedro Martinsin ürəyincə olub.

Çünki həmkarlarımız çalışdırıcının növbəti raundda hər iki komandanı üstələyəcək gücdə olduqları qənaətinə gəldiyini yazıb: “Martins Tbilisidəki stadionda idi, qeydlərini götürürdü. Həmin görüşdən ortaya çıxan ümumi mənzərə iki komandanın “Olimpiakos” üçün qorxulu olmamasıdır. Futbol oynamaq istəyən komandalardır, ancaq bunu yavaş sürətlə edirlər. Həm “Dinamo”, həm də “Neftçi” futbolçuların fərdi səhvləri kifayət qədər idi”.

Qeyd edək ki, Tbilisidə 2:1 hesablı qələbə qazanan “Neftçi” iyulun 14-də “Dinamo”nu Bakıda qəbul edəcək.