10:50 09-07-2021
news_image
130
FUTBOL

Van Qal milliyə gətirilir – 3-cü dəfə

Niderland milli komandasının baş məşqçisi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-dəki uğursuzluqdan sonra istefaya göndərilən Frank de Buru Lui van Qal əvəzləyə bilər.

“Ayaks”, “Barselona” və “Mançester Yunayted” kimi klublarda çalışmış 69 yaşlı mütəxəssislə danışıqlara start verilib. Hazırda Portuqaliyadakı evində yaşayan niderlandlı federasiya rəhbərliyinin istədiyi kriteriyalara cavab verir. Qurumun direktoru Niko-Yan Xuqma milliyə “əsl boss” lazım olduğunu dilə gətirib.

Qeyd edək ki, 2016-cı ildən işsiz olan van Qal artıq iki dəfə Niderland yığmasında çalışıb. O, 2000-02 və 2012-14-cü illərdə millinin baş məşqçisi olub.