12:26 09-07-2021
news_image
163
FUTBOL

"Benfika"nın prezidenti seçildi - məşhur futbolçu

“Benfika”nın yeni prezidenti bəlli olub.

Apasport.az saytının məlumatına görə, Portuqaliya klubuna bundan sonra ötənlərin məşhur futbolçusu Ruy Koşta rəhbərlik edəcək.

O, bu postda vergi fırıldaqçılığı və çirkli pulların yuyulmasında ittiham olunaraq Lissabonda həbs edilən Luiş Filipe Vieyranı əvəzləyib.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Ruy Koşta 1990-1994 və 2006-2008-ci illərdə bu klubun formasını geyinib. Sabiq yarımmüdafiəçi eyni zamanda “Fiorentina” və “Milan”da da çıxış edib.