12:56 09-07-2021
news_image
77
FUTBOL

Yetirməsini saxladı - "Milan"

“Milan” müdafiəçisi Davide Kalabriya ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı arxa xətt oyunçusu “rossonyerlər”lə yeni sazişə qol çəkib.

Müqaviləyə əsasən, sağ cinah müdafiəçisi daha 4 il A seriyası təmsilçisinə məxsus olacaq. O, anlaşma müddətini 2025-ci ilin yayına qədər uzadıb.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Davide Kalabriya 2015-ci ildən bəri 151 oyunda iştirak edib, 5 qola imza atıb. O, İtaliya millisində də 2 matç keçirib.