14:13 09-07-2021
news_image
113
FUTBOL

Məşqləri boykot etdi – satılmadığı üçün

İtaliyanın “Latsio” klubunun futbolçusu Luis Alberto məşqləri boykot edib.

Apasport.az saytının məlumatına görə, Roma təmsilçisi fasilədən sonra məşqlərə start versə də, yarımmüdafiəçi hazırlıqlara qatılmır.

“Qartallar”ın rəhbərliyi bu üzdən futbolçunu cərimələmək niyyətindədir. Luis Albertonun boykotuna səbəb klubda qalmasıdır. 

Orta sahə oyunçusu yayda komandasını dəyişmək arzusundadır. “Latsio” isə aparıcı futbolçusunu satmaq istəmir.