14:39 09-07-2021
news_image
109
TOKİO-2020

İki idmançıda koronavirus aşkarlandı – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün Yaponiya paytaxtına gələn idmançılardan ikisində koronavirus aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bunlar Litva və İsrail yığmalarının üzvləridir.

Litvalı idmançı Yaponiyanın Hiratsuka şəhərində təlim-məşq toplanışında olub. Testi müsbət nəticələnən israilli isə Haneda hava limanında enərkən infeksiyaya yoluxduğu aşkarlanıb.