22:30 09-07-2021
news_image
233
FUTBOL

Messi 1-ci, Ronaldo 8-cidir – 2021-ci ilin ən məhsuldarları

2021-ci ildə ən çox qol vuran və məhsuldar ötürmə verən futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahı oyunçuların qol və assistlərinin ümumi cəminə əsasən müəyyənləşib.

Geridə qalan 6 ay ərzində bu baxımdan argentinalı Lionel Messi hamını qabaqlayır. “Barselona”nın kapitanı bu il 33 qol vurub, 14 məhsuldar ötürmə verib. Onu “Bavariya”nın polşalı qol “silahı” Robert Levandovski izləyir. Maraqlıdır ki, portuqaliyalı superulduz Kriştiano Ronaldo siyahıda özünə yalnız 8-ci sırada yer edə bilib.

Qol+assist sisteminə görə ilk “9-luq”
1. Lionel Messi (Argentina/“Barselona”) - 47 (33 qol+14 assist)
2. Robert Levandovski (Polşa/“Bavariya”) - 38 (34+4)
3. Kilian Mbappe (Fransa/PSJ) - 35 (29+6)
4. Jerar Moreno (İspaniya/“Vilyarreal”) - 34 (23+11)
5. Memfis Depay (Niderland/“Lion”) - 33 (21+12)
6. Erlinq Haland (Norveç/“Borussiya”, Dortmund) - 32 (25+7)
7. Romelu Lukaku (Belçika/“İnter”) - 31 (22+9)
8. Kriştiano Ronaldo (Portuqaliya/“Yuventus”) - 31 (27+4)
9. Antuan Qrizmann (Fransa /“Barselona”) - 30 (20+10)