13:54 11-07-2021
news_image
188
FUTBOL

Transferinə ən çox pul xərclənən afrikalılar – “10-luq”

Ötən il 41 milyon avroya “İnter”ə satılan Əşrəf Hakimi bu dəfə 60 milyon müqabilində PSJ-yə üz tutub.

Apasport.az saytının məlumatına görə, mərakeşli müdafiəçi bununla transferlərinə ən çox pul xərclənən afrikalı futbolçuya çevrilib.

Hakimi nigeriyalı Viktor Osimxenin keçən il qırdığı rekordun yeni sahibi olub. Bəs futbol tarixində transferlərinə ən çox sərmayə yatırılan afrikalı oyunçular kimlərdir?

İlk “10-luq”:

1. Əşrəf Hakimi (Mərakeş) - 101 milyon avro
“İnter” - 41 milyon
PSJ - 60 milyon

2. Viktor Osimxen (Nigeriya) – 99,4 milyon avro
“Volfsburq” – 3,5 milyon
“Şarlerua” – 3,5 milyon
“Lill” – 22,4 milyon
“Napoli” - 70 milyon

3. Nikolas Pepe (Fil Dişi Sahili) - 98 milyon avro
“Lill” - 18 milyon
“Arsenal” - 80 milyon

4. Ceffri Kondoqbiya (Mərkəzi Afrika Respublikası) - 97 milyon avro
“Sevilya” - 4 milyon
“Monako” - 20 milyon
“İnter” - 36 milyon
“Valensiya” - 22 milyon
“Atletiko” - 15 milyon

5. Nabi Keyta (Qvineya) – 91,25 milyon avro
“Zalsburq” – 1,5 milyon
“Leypsiq” – 29,75 milyon
“Liverpul” - 60 milyon

6. Sebastian Haller (Fil Dişi Sahili) – 85,25 milyon avro
“Utrext” - 750 min
“Ayntraxt” - 12 milyon
“Vest Hem” - 50 milyon
“Ayaks” – 22,5 milyon

7. Məhəmməd Salah (Misir) - 81 milyon avro
“Bazel” – 2,5 milyon
“Çelsi” – 16,5 milyon
“Roma” - 20 milyon
“Liverpul” - 42 milyon

8. Pyerr-Emerik Obameyanq (Qabon) – 78,55 milyon avro
“Sent-Etyenn” – 1,8 milyon
“Borussiya”, Dortmund - 13 milyon
“Arsenal” – 63,75 milyon

9. Samuel Eto (Kamerun) – 78,5 milyon avro
“Malyorka” – 4,5 milyon
“Barselona” - 27 milyon
“İnter” - 20 milyon
“Anji” - 27 milyon

10. Mehdi Benatia (Mərakeş) – 69,3 milyon avro
“Loryen” - 100 min
“Roma” – 13,5 milyon
“Bavariya” - 28 milyon
“Yuventus” – 19,7 milyon
“Al-Duhail” - 8 milyon