15:53 11-07-2021
news_image
184
AVRO-2020

6-cı finalı – son iki ildə

İtaliya millisinin yarımmüdafiəçisi Jorjinyo son iki ildə 6-cı dəfə finalda oynamaq imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, 2018-ci ildən “Çelsi”nin formasını geyinən Braziliya əsilli oyunçu orada, demək olar ki, bütün mümkün finallarda iştirak edib.

Maraqlıdır ki, Jorjinyo “zadəganlar”la buna qədər keçirdiyi 5 final matçının ikisində kuboku başı üzərinə qaldıra bilib ki, onların hər ikisi beynəlxalq arenadakı turnirə təsadüf edib.

1. AVRO-2020
Yarımfinalda İspaniyanı penaltilər seriyasında üstələyən “Skuadra Adzurra”nın həlledici qoluna məhz o imza atıb.

2. Çempionlar Liqası
Braziliya əsilli yarımmüdafiəçi geridə qalan 2020/21 mövsümündə Çempionlar Liqasının (ÇL) finalında iştirak edib. “Çelsi” həlledici görüşdə “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edincə, Jorjinyo da karyerasında ilk ÇL kubokunu qazanıb.

3. Avropa Liqası
“Çelsi”dəki ilk mövsümündə (2018/19) Avropa Liqasının final həyəcanını yaşayıb. “Zadəganlar” Bakı Olimpiya Stadionundakı qarşılaşmada “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib.

4. İngiltərə Federasiya Kuboku
“Çelsi” son iki mövsümün hər birində İngiltərə Federasiya Kubokunun finalına qədər irəliləyib. Lakin londonlular ötən il “Arsenal”a, bu il isə “Lester”ə həlledici görüşdə yenilib.

5. İngiltərə Liqa Kuboku
Jorjinyo Premyer Liqa klubundakı ilk mövsümündə İngiltərə Liqa Kubokunun da finalında mübarizə aparıb. Penaltilər seriyası sayəsində kuboku “Mançester Siti” qazanıb.