15:18 09-07-2021
news_image
168
FUTBOL

“Qarabağ”ın futbolçusunu icarəyə götürdü – “Zirə”

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar Rauf Hüseynlini heyətində saxlayıb.

Rəşad Sadıqovun başçılıq etdiyi komanda müdafiəçini daha bir müddətinə “Qarabağ”dan icarəyə götürüb. 21 yaşlı futbolçu 2019/20 mövsümündə də icarə əsasında "Zirə"nin şərəfini qoruyub.

Qeyd edək ki, “Zirə” yarımmüdafiəçi Hacıağa Hacılını da daha bir illik “Qarabağ”dan icarəyə götürüb.