15:42 09-07-2021
news_image
300
FUTBOL

“Barselona”ya keçdi - türkiyəli futbolçu

“Barselona” Vyana “Rapid”inin yarımmüdafiəçisi Yusuf Dəmiri heyətinə qatıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 18 yaşlı hücumameyilli oyunçunu icarəyə götürüb.

Klublar arasındakı razılığa əsasən, Yusuf 2021/22 mövsümünü icarə əsasında “Barselona”nın B komandasında keçirəcək. İspaniya nəhəngi gələn ilin yayında onu 10 milyon avro qarşılığında birdəfəlik transfer hüququna malik olacaq.

Qeyd edək ki, Türkiyədə anadan olan Yusuf Dəmir 7 yaşında “Rapid”in akademiyasına cəlb edilib. Pleymeyker bu ilin martında Farer adalarına qarşı DÇ-2022-nin seçmə mərhələ matçında Avstriya millisində debüt edib, 5 dəqiqə meydanda olub.