15:23 09-07-2021
news_image
149
FUTBOL

Müdafiəçisinin müqaviləsinə xitam verdi – “Neftçi”

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar müdafiəçi Cabir Əmirli ilə vidalaşıb.

24 yaşlı cinah oyunçusu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən ilin yayında “Neftçi”yə keçən Əmirli bu ilin yanvarında “Sumqayıt”a 6 aylıq icarəyə verilib. O, 2020/21 mövsümündə Premyer Liqada “Neftçi”də 4, “Sumqayıt”da isə 7 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” buna qədər Ahmed Ahmedov, Anton Krivotsyuk, Səlahət Ağayev, Rener Alves, Keysuke Honda, Bruno Teluşi, Stiven Jozef-Monroz və Tallison Diasla sağollaşıb, Rəhman Hacıyev və Turan Vəlizadəni icarəyə verib.