22:15 10-07-2021
news_image
220
FUTBOL

Tarixə düşə bilər - Messi

İyulun 11-də Amerika kubokunda final oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər Braziliya ilə Argentina birincilərin meydanında üz-üzə gələcək.

Ötən əsrin 30-cu illərindən bu komandalar arasında başlayan rəqabətdə indiyə qədər cəmi 8 futbolçu het-trik etməyi bacarıb. Onlardan 5-i argentinalı, 3-ü isə braziliyalıdır.

Final matçında meydana çıxacaq futbolçulardan biri də siyahıda yer alıb. Bu, 2012-ci ildə Nyu-Cersidəki yoldaşlıq görüşündə 3 qolla qələbədə pay sahibi olan Lionel Messidir. Argentina millisinin kapitanı eyni göstəricini təkrarlasa, Braziliya önündə iki dəfə het-trik etmiş ilk argentinalı kimi tarixə düşəcək.

Manuel Seoane (Argentina) – 4:1
1925-ci il. Cənubi Amerika çempionatı

Karlos Peuselle (Argentina) – 6:1
1940-cı il. “Roca Cup”

Norberto Doroteo Mendes (Argentina) – 3:1
1945-ci il. Amerika kuboku

Joze Sanfilippo (Argentina) – 4:1
1959-cu il. Amerika kuboku

Pele (Braziliya) – 5:2
1963-cü il. “Roca Cup”

Rivaldo (Braziliya) – 5:1
1999-cu il. Yoldaşlıq görüşü

Ronaldo (Braziliya) – 3:1
2004-cü il. DÇ-2006-nın seçmə mərhələsi

Messi (Argentina) – 4:3
2012-ci il. Yoldaşlıq görüşü