00:00 10-07-2021
news_image
170
AVRO-2020

AVRO-2020-dəki mükafatla xeyriyyəçilik edəcək – İngiltərə millisi

İngiltərə millisinin futbolçuları AVRO-2020-dən qazanacaqları mükafatın bir hissəsini xeyriyyəçiliyə ayıracaq.

Apasport.az saytının məlumatına görə, bu addım turnir başa çatdıqdan sonra gerçəkləşəcək.

Yardımın Milli Səhiyyə Xidmətinə ödənilməsi nəzərdə tutulub. Vəsaitin necə və hansı yolla köçürülməsi də sonradan müzakirə olunacaq. Buna səbəb vergilərlə bağlı məsələlərdir.

Qeyd edək ki, İngiltərə millisi iyulun 11-də keçiriləcək finalda İtaliya ilə qarşılaşacaq.