17:43 09-07-2021
news_image
228
FUTBOL

Bir daha builki formatda keçirilməyəcək - Avropa çempionatı

UEFA prezidenti Aleksander Çeferin Avropa çempionatının builki formatını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı futbol funksioneri yarışın müxtəlif ölkələrdə keçirilmə ideyasını dəstəkləməyib.

O, bir daha AVRO-2020-dəki kimi format tətbiq edilməyəcəyini deyib: “AVRO-2020-nin formatının ədalətli olmadığını düşünürəm. Bir daha bunu tətbiq etməyəcəyik. Bəzi komandalar 10 min, bəziləri isə min kilometr yol qət edirlər. Bu düzgün deyil”.

Qeyd edək ki, iyulun 11-də final oyunu keçiriləcək AVRO-2020 Bakı da daxil olmaqla, qitənin 11 müxtəlif şəhərində təşkil olunub.