23:34 09-07-2021
news_image
216
FUTBOL

“Barselona” transferə çıxardı – hücumçusunu

“Barselona” hücumçusu Martin Braytveytlə yollarını ayırmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Danimarka millisinin üzvü üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.

Yay fasiləsində heyətini Serxio Aquero və Memfis Depay kimi hücumçularla gücləndirən La Liqa təmsilçisində baş məşqçi Ronald Kuman növbəti mövsüm Braytveyti sərəncamında görmək istəmir. İngiltərə klubları 30 yaşlı oyunçu ilə maraqlansa da, rəsmi təklif göndərməyiblər.

Qeyd edək ki, “Barselona”ya ötən ilin fevralında “Leqanes”dən keçən Martin Braytveytin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.