10:05 10-07-2021
news_image
97
FUTBOL

5-ci dəfə Amerika kubokunun bürünc medalını qazandı - Kolumbiya

Amerika kubokunda üçüncü yer uğrunda oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin məğlub komandaları Kolumbiya ilə Peru üz-üzə gəlib.

Braziliyada baş tutan qarşılaşma bol qollu alınıb. İlk yarıda hesabda geri düşən Kolumbiya geridönüş etməyi bacarıb. Reynaldo Rueranın yetirmələri son saniyələrdə qələbə qolunu vuraraq, Amerika kubokunun bürünc medalını qazanıb. Bununla kolumbiyalılar 5-ci dəfə turniri üçüncü kimi tamamlayıb.

Qeyd edək ki, Amerika kubokunda final matçı sabah Braziliya ilə Argentina arasında keçiriləcək.

Amerika kuboku
3-cü yer uğrunda oyun
Kolumbiya – Peru – 3:2

Kuadrado, 49, Diaz, 66, 90+4 – Yotun, 45, Lapadula, 82