10:16 10-07-2021
news_image
202
AVRO-2020

"Onlar hələ “böyüyəcəklər" - de Byazi

“Turnirin startından əvvəl Belçika, İtaliya və İngiltərə qızıl medal uğrunda mübarizə aparacağını proqnozlaşdırmışdım. Düzgün təxmin etmişəm. Fransızlar məni həddən artıq təəccübləndirdi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2020 ilə bağlı danışarkən deyib.

Polşa mətbuatına açıqlama verən italiyalı mütəxəssis həmyerlilərinin finalda İngiltərə önündəki şanslarını dəyərləndirib: “Çətin matçlardan sonra dincəlməyə vaxtları oldu. İtaliya finalda qalib gələcək. İspaniya ilə yarımfinal görüşündə çox güc sərf etdilər. Ancaq komandaya görə narahat deyiləm. İtaliya yığması hələ çox gənc kollektivdir. Onlar hələ “böyüyəcəklər". Millidə heç kim özünü ulduz hesab etmir. Bütün komanda ulduzdur, bir-birləri ilə problemləri yoxdur”.

Qeyd edək ki, AVRO-2020-nin final oyunu iyulun 11-də İngiltərə ilə İtaliya arasında keçiriləcək. Londondakı “Uembli” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.