11:09 10-07-2021
news_image
128
FUTBOL

Sabiq klubuna qayıtdı – “Barselona”dan ayrılan futbolçu

“Barselona”dan ayrılan Mateus Fernandesin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Palmeyras”a qayıdıb.

23 yaşlı müdafiəyəmeyilli oyunçu Braziliya klubu ilə 4,5 illik müqavilə imzalayıb. Kataloniya klubu “sambaçı” ilə müqaviləyə xitam verdiyindən, futbolçu “Palmeyras”a azad agent statusunda keçib. O, ötən il “Barsa”ya məhz bu klubdan keçmişdi.

Qeyd edək ki, Fernandes müqaviləsini birtərəfli pozduğu üçün “Barselona”nı məhkəməyə verib.