12:00 10-07-2021
news_image
159
FUTBOL

Futbolçusunu "Xetafe"yə satdı – “Barselona”

“Barselona” daha bir futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi Karlos Alenya ilə yollarını ayırıb.

23 yaşlı yarımmüdafiəçi La Liqanın digər klubu “Xetafe”yə keçib. Klublar arasında razılığa əsasən, futbolçunun transfer hüququnun 50 faizi “Barselona”da qalıb. Klub gələcəkdə yetirməsini geri qaytarmaq və növbəti satışından pul qazanmaq hüququna da malik olacaq.

Qeyd edək ki, Alenya bu ilin ilk 6 ayını icarə əsasında “Betis”də keçirib.