12:24 10-07-2021
news_image
193
FUTBOL

Misirdən daha bir hücumçu gətirir – “Qalatasaray”

Henri Onyekuru ilə yollarını ayıran “Qalatasaray” sol cinah vinger mövqeyinə yeni oyunçu tapıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Misirdən növbəti transfer reallaşdırmağa hazırlaşır.

Adıçəkilən ölkədə “Piramids”in formasını geyinən Ramadan Sobhi “cim-bom”la anlaşmaq üzrədir. Bundan əvvəl “Stok Siti” və “Haddersfild”də çıxış edən 24 yaşlı oyunçu illik 2,2 milyon avro maaş tələb edir. “Sarı-qırmızılılar”ın təklifi isə 1,5 milyon avro və əlavə bonuslardır. “Piramids”lə ortaq məxrəcə gələn Türkiyə klubunun futbolçu ilə də tezliklə anlaşması gözlənilir.

Qeyd edək ki, Misir millisinin üzvü ötən mövsüm 33 oyunda 10 qol vurub, 4 assist edib. “Qalatasaray” ötən mövsüm “Zamalek”dən misirli hücumçu Mustafa Məhəmmədi icarəyə götürmüşdü.