00:00 11-07-2021
news_image
256
FUTBOL

Ulduzlarını dəyişir – “Barselona” ilə “Atletiko”

“Barselona” ilə “Atletiko” ulduz futbolçularını dəyişdirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, kataloniyalıların hücumçusu Antuan Qrizmannla madridlilərin yarımmüdafiəçisi Saul Niges əks istiqamətə yollana bilər.

“Atletiko”dakı durumundan məmnun olmayan və ayrılmağı planlaşdıran Saul “Liverpul”un da maraq dairəsindədir. Lakin klublar onunla Qrizmannın dəyişdirilməsinə müsbət yanaşır. Futbolçular da bunun əleyhinə olmadığından, hazırda danışıqlar davam etdirilir.

Qeyd edək ki, Qrizmann ötən mövsüm bütün turnirlərdə 51 oyun keçirib, 20 qol, 13 assistlə yadda qalıb. Saulun isə 41 oyunda aktivində 2 qol, 1 məhsuldar ötürmə olub.